Rəşad Dağlının neçə il həbs cəzası ala biləcəyi bilindi | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Dağlının neçə il həbs cəzası ala biləcəyi bilindi

17:49 - 29 / 03 / 2023
Rəşad Dağlının neçə il həbs cəzası ala biləcəyi bilindi

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

1news.az APA-ya istinadən bildirir ki, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə, 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər