FHN: Ötən sutka 54 yanğına çıxış olub, 3 nəfər köməksiz qalan şəxs xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 54 yanğına çıxış olub, 3 nəfər köməksiz qalan şəxs xilas edilib - VİDEO

11:53 - 30 / 03 / 2023
FHN: Ötən sutka 54 yanğına çıxış olub, 3 nəfər köməksiz qalan şəxs xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az FHN-dən verilən məlumata istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər