Bakı metrosuna sərnişin xlor dağıtdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosuna sərnişin xlor dağıtdı

15:28 - 31 / 03 / 2023
Bakı metrosuna sərnişin xlor dağıtdı

"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.

Paylaş:
574

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər