Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

16:54 - 31 / 03 / 2023
Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

“Aprelin 2-də saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, buna səbəb ərazidə aparılacaq təmir işləridir:

“Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdiriləcək. İki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək”, - rəsmi məlumatda bildirilib.

Paylaş:
221

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər