Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

Qafar Ağayev17:32 - 31 / 03 / 2023
Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

Məlum olduğu kimi, aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər.

Paylaş:
359

Son xəbərlər

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı27 / 05 / 2023, 20:34Myanma Dövlət İdarə Şurasının Sədri Prezidentə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 18:05Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO27 / 05 / 2023, 17:52Dünən ölkədə havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub27 / 05 / 2023, 17:37Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb27 / 05 / 2023, 17:25Albaniya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 17:10Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO27 / 05 / 2023, 17:05Son sutkada Azərbaycanda koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb27 / 05 / 2023, 16:53Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib27 / 05 / 2023, 16:40Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib27 / 05 / 2023, 16:24Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib27 / 05 / 2023, 16:10Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub27 / 05 / 2023, 16:02Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub - YENİLƏNİB27 / 05 / 2023, 15:54Leonid Slutski İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:42Dmitri Savelyev Prezidenti təbrik edib27 / 05 / 2023, 15:26Corc Vella İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:14İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO27 / 05 / 2023, 15:00Bruneyin Sultanı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 14:48Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub27 / 05 / 2023, 14:36Göygöldə 67 baş mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb27 / 05 / 2023, 14:24
Bütün xəbərlər

Next TV