Dövlət sərhədini pozan İran və Əfqanıstan vətəndaşları tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozan İran və Əfqanıstan vətəndaşları tutulub

10:58 - 31 / 03 / 2023
Dövlət sərhədini pozan İran və Əfqanıstan vətəndaşları tutulub

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 nəfər saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər