Ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

Qafar Ağayev13:37 - 03 / 04 / 2023
Ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay ərzində 926 mina aşkarlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli,Laçın, Xocalı, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5983.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Paylaş:
372

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər