itopix.io Azərbaycanda onlayn İT-rekrutinq platformasını işə salır | 1news.az | Xəbərlər
Cəmiyyət

itopix.io Azərbaycanda onlayn İT-rekrutinq platformasını işə salır

11:00 - 04 / 04 / 2023
itopix.io Azərbaycanda onlayn İT-rekrutinq platformasını işə salır

İş və istedad axtarışı İT dünyasında əsas aspektlərdən biridir və Azərbaycanda ilk milli İT rekrutinq portalı olan itopix.io əmək bazarının mövcud formatını dəyişməyə hazırdır.

itopix.io Azərbaycanda işə götürənlərə və iş axtaranlara istedadlar və vakansiyalar axtarmaq üçün daha səmərəli və intuitiv üsul təqdim edəcək.

Sadəliyi və funksionallığı birləşdirən itopix.io personalın seçimi və iş yerlərin axtarışı istiqamətində təhlükəsiz və etibarlı üsul təqdim edir. İşəgötürənlər vakansiyaları yerləşdirə və ən uyğun namizədləri tapa biləcək, iş axtaranlar isə işə götürənlər tərəfindən nəzərə alınacaq bacarıq və təcrübələrini göstərən profil yaradacaqlar.

Layihənin İT sahəsində iş axtarışı və işə qəbul prosesini sadələşdirmək missiyasının bir hissəsi olaraq, beta versiyamızın artıq hər kəsə açıq olduğunu bildirməkdən məmnunuq. İT sahəsi ilə maraqlanan bütün işəgötürənləri və iş axtaranları itopix.io platformasının beta versiyasına qoşulmağa dəvət edirik. Tətbiq 14 gün ərzində tamamilə pulsuzdur və Sizə onun bütün üstünlüklərini və rahatlığını dəyərləndirmək imkanını verəcəkdir.

İT utopiyasını kəşf edin: istedadın imkanlarla qovuşduğu yer” şirkətin şüarı istifadəçilərə İT dünyasında uğur qazanmağa kömək etmək məqsədini əks etdirir. Şirkətin proqnozlarına görə, itopix.io yeni mütəxəssislərin işə götürülməsi üçün vaxtı azaldacaq, iş axtarışı prosesini sürətləndirəcək və şirkətlərə və namizədlərə İT ehtiyacları üçün ən yaxşı həllər tapmağa kömək edəcək.

Platformanın istifadəsi ilə bağlı istənilən sualınızı cavablandırmağa hazırıq. Əlaqə üçün [email protected] ilə əlaqə saxlayın.

itopix.io saytında İT utopiyasını kəşf edin və İT dünyasında uğurunuzu bu gün başlayın! Sizi itopix.io saytına daxil olmağa və onun xüsusiyyətləri ilə tanış olmağa dəvət edirik.

Reklam hüququnda

Paylaş:
1163

Son xəbərlər

Bütün xəbərlər