Mayda bu tarixlərdə iş olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayda bu tarixlərdə iş olmayacaq

12:27 - 03 / 04 / 2023
Mayda bu tarixlərdə iş olmayacaq

May ayında 3 gün qeyri-iş günü olacaq.

1news.az verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ilin may ayında 9 May – Faşizm üzərində Qələbə günü, 28 Mау – Müstəqillik Günü münasibətilə iş olmayacaq.

Bununla yanaşı, 28 May bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət gününün yeri dəyişir və 2023-cü il mayın 29-u qeyri-iş günü hesab olunur.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər