Babək prospekti və Qala-Pirallahı yolunda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Babək prospekti və Qala-Pirallahı yolunda sürət həddi endirilib

14:19 - 05 / 04 / 2023
Babək prospekti və Qala-Pirallahı yolunda sürət həddi endirilib

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər