Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir

Qafar Ağayev16:12 - 05 / 04 / 2023
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 300-ə yaxın müraciətə baxılıb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Paylaş:
292

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər