Bakıda yaşlı kişini maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşlı kişini maşın vurub

13:39 - 05 / 04 / 2023
Bakıda yaşlı kişini maşın vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

1news.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1961-ci il təvəllüdlü Mahmudov Hamlet Mahmud oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər