Muxtar Babayev: Azərbaycan hər zaman UNESCO-ya mədəni irs nümunələri təqdim edib
"UNESCO ölkəmizdə təbii irsin və mədəni tarixin qorunmasında mühüm rol oynayıb".
1news.az xəbər verir ki, bu sözləri aprelin 7-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasında Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
"Azərbaycan Respublikası 1992-ci ildən UNESCO ilə əməkdaşlığa başlayıb. Azərbaycan hər zaman mədəni irs nümunələri təqdim edib. Azərbaycan ekosistemlərin formalaşdırılmasında, təbii irsin və mədəni tarixin qorunmasında mühüm rol oynayıb. Lakin ermənilər tərəfindən işğal olunmuş, 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında, şanlı ordumuzun zəfəri nəticəsində tarixi torpaqlarımız ermənilərin işğalından azad olunub. Lakin təəssüf ki, tarixi abidələrimiz dağıdılmış, yandırılmış və məhv edilib. Yaşı 2500-dən çox olan ağaclar kəsilmişdir. Bizim bu gün əsas priortetimiz dağıdılmış abidələrin bərbasıdır".