“Azneft” dairəsində hərəkət iki günlük məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azneft” dairəsində hərəkət iki günlük məhdudlaşdırılacaq

11:10 - 07 / 04 / 2023
“Azneft” dairəsində hərəkət iki günlük məhdudlaşdırılacaq

Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə 1news.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, deyə DYP əməkdaşı bildirib.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər