Suraxanıda avtomobillərdən oğurluq edənlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

Qafar Ağayev11:33 - 07 / 04 / 2023
Suraxanıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

Avtomobillərdən oğurluq edənlər saxlanılıb

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində “Ford” markalı bir avtomobildən 1600 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Qurbanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə “Hyundai” markalı avtomobildən içərisində pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli binlinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər