Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs tutulub

14:53 - 08 / 04 / 2023
Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs tutulub

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər