İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

17:32 - 08 / 04 / 2023
İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
444

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər