MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

17:33 - 11 / 04 / 2023
MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

"Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", MN-dən bildirilib.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər