AzTU-nun dosenti vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTU-nun dosenti vəfat edib

11:08 - 11 / 04 / 2023
AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib.

Bu barədə 1news.az-a universitetdən xəbər verilib.

Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxili yanma mühərrikləri kafedrasında işə başlayıb.

Çoxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.

Allah rəhmət eləsin!

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər