Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

14:06 - 12 / 04 / 2023
Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

1news.az Federasiyadan verilən məlumata istinadla xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Report

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər