“Atam bu hadisədən sonra xərçəng oldu” | 1news.az | Xəbərlər
Mədəniyyət

“Atam bu hadisədən sonra xərçəng oldu”

17:34 - 14 / 04 / 2023
“Atam bu hadisədən sonra xərçəng oldu”

“Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu”.

1news.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz “Səhər mərkəzi” verilişində deyib.

O bildirib ki, atası nəvəsini maşınla vurduqdan sonra yaşadığı stresdən xərçəng olub: “Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Atamı belə bir halda heç vaxt görməmişdim. Onun ömrünün yarısı həmin hadisədə getdi. Xərçəng də həmin hadisədən sonra başlayıb. Atam kimi özünü formada saxlayan görməmişəm. Heç vaxt liftə minməzdi, ayaqla qalxardı. Enerji içkiləri içməzdi. Sağlam qidalanırdı”.

Paylaş:
1647

Son xəbərlər

Bütün xəbərlər