Xırdalanda parkdan skamyaları oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda parkdan skamyaları oğurlayan şəxs saxlanıldı

11:55 - 15 / 04 / 2023
Xırdalanda parkdan skamyaları oğurlayan şəxs saxlanıldı

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər