Nəriman Məmmədov Azərbaycan Kino Prodüserlər Gildiyasının sədri vəzifəsindən istefa verib

Azərbaycan Kino Prodüserlər Gildiyasının növbəti yığıncağı keçirilmişdir.
Toplantı iştirakçıları mövcud vəziyyət, aparılan kino islahatlarının cari vəziyyəti və Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində “Azərbaycan Kinosu - 125: “Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunda ümumi müzakirəyə çıxarılacaq məsələlər barəsində və Kino Prodüserlər Gildiyasının adından çıxış edəcək məruzəçilər haqqında fikir mübadiləsi apardılar.
Görüşdə üzvlərin sayının artırılması, Gildiyanın daha böyük hədəflərə çatması, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlığın qurulmasına dair fikirlər söylənildi.
Görüşdə Gildiyaya yeni üzvlər qəbul olundu, Gildiyanın sədri Nəriman Məmmədov isə öz ərizəsi ilə tutduğu vəzifədən azad olmaq istədiyini üzvlərə bildirdi.
Gildiyanın sədri vəzifəsinə seçkilərin tarixi barədə məlumat tezliklə icimaiyyətə çatdırılacaqdır.