Abşeronda avtomobillərdən akkumulyator oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda avtomobillərdən akkumulyator oğurlayan şəxs saxlanılıb

10:56 - 18 / 04 / 2023
Abşeronda avtomobillərdən akkumulyator oğurlayan şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 32 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Şərifov müəyyən olunaraq saxlanılıb.

Bu barədə 1news.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma aparılır.

Paylaş:
318

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər