Beyləqanda kanala düşən avtomobilin sürücüsünün meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda kanala düşən avtomobilin sürücüsünün meyiti aşkarlanıb

Qafar Ağayev15:43 - 19 / 04 / 2023
Beyləqanda kanala düşən avtomobilin sürücüsünün meyiti aşkarlanıb

17.04.2023-cü il tarixində Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
227

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər