Daha 75 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 75 nəfər COVID-19-a yoluxub

16:45 - 19 / 04 / 2023
Daha 75 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 459 nəfərdir.

Ölkədə son sutka ərzində 1 561, hazırkı dövrədək isə 7 579 826 test aparılıb.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər