Qobustanda elektrik naqilinin qırılması nəticəsində 10 baş mal-qara tələf olub

Qobustan rayonunda mal-qara arasında kütləvi tələfat baş verib.
1news.az “Unikal”a istinadən xəbər verir ki, bu gün rayonun Ərəbqədim kənd sakinlərinə məxsus iribuynuzlu heyvanları qırılaraq küçəyə düşən elektrik naqilindəki cərəyan vurub. Hadisə zamanı 10 baş inək ölüb.
Faktla bağlı araşdırma aparılır.
429