Bakıda su quyusundan meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda su quyusundan meyit tapıldı

09:57 - 22 / 04 / 2023
Bakıda su quyusundan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
537

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər