Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var

11:30 - 22 / 04 / 2023
Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var

Şəkidə zəncirvari yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşfiq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
296

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər