Sürücünü boğmağa cəhd edən sərnişinlər daha sonra avtomobili qaçırıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücünü boğmağa cəhd edən sərnişinlər daha sonra avtomobili qaçırıblar

15:01 - 24 / 04 / 2023
Sürücünü boğmağa cəhd edən sərnişinlər daha sonra avtomobili qaçırıblar

Aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
451

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər