“Yolüstü”nün admini yol qəzasında öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yolüstü”nün admini yol qəzasında öldü

11:25 - 25 / 04 / 2023
“Yolüstü”nün admini yol qəzasında öldü

“Facebook”da insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol-nəqliyyat hadisəsində vəfat edib.

1news.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər