Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı aşkarlanıb

Qafar Ağayev12:44 - 25 / 04 / 2023
Ötən həftə azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

ANAMA-dan 1news.az-a verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
288

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər