Daun sindromlu ilk “Barbie” satışa çıxarılıb - FOTO
Məşhur oyuncaq istehsalçısı “Mattel” şirkəti Daun sindromlu ilk oyuncaq “Barbie” kuklasını satışa çıxardığını açıqlayıb.
Şirkət açıqlamasında "Daun sindromlu “Barbie” kuklası bütün uşaqları oyun vasitəsilə daha çox hekayələr üçün ruhlandırmaq məqsədi daşıyır" deyə bildirib.
Gəlinciyin dizayn işlərinin ABŞ Milli Daun Sindromu Dərnəyi (NDSS) ilə sıx əməkdaş edilərək aparıldığı bildirilib. Reklam kampaniyalarında isə Daun sindromlu britaniyalı model Elli Qoldşteyn iştirak edib.
1news.az xəbər verir ki, Qoldşteyn “Barbie” ilə şəkillərini "Instagram" səhifəsində paylaşaraq artıq Daun sindromlu “Barbie” olduğu üçün çox xoşbəxt olduğunu söyləyib.
“Artıq Daun sindromlu “Barbie” kuklaları olduğu üçün çox həyəcanlıyam. Gəlinciyi görəndə çox təsirləndim və qürurlandım. Uşaqların kukla ilə oynaması və hər kəsin fərqli olduğunu öyrənməsi mənim üçün çox şey deməkdir. Mən fəxr edirəm ki, “Barbie” gəlincikləri dünyaya göstərmək üçün məni seçdiyi üçün qürur duyuram. Müxtəliflik vacibdir, çünki insanların dünyada mənim kimi daha çox insanı görməsi və gizlənməməsi lazımdır. “Barbie” bunun həyata keçməsinə kömək edəcək”.
Qeyd edək ki, daun sindromlu ilk model olaraq tarixə düşən Qoldşteyn “Gucci Beauty” və “Nike” kimi bəzi markaların reklam kampaniyalarında iştirak edib.