Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldı

Qafar Ağayev16:26 - 27 / 04 / 2023
Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldı

Bu gün günorta saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində 1 nəfər kişi işıqlandırma dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

1news.az xəbər verir ki, ərazidən keçən vətəndaşlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər zəruri təhlükəsizlik tədbirləri görərməklə vətəndaşla psixoloji söhbət aparıb və onu intihara cəhd fikrindən daşındırıblar.

Paylaş:
313

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər