160 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - DİN və DSX-dan əməliyyat | 1news.az | Xəbərlər
Cəmiyyət

160 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - DİN və DSX-dan əməliyyat

Qafar Ağayev13:30 - 28 / 04 / 2023
160 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - DİN və DSX-dan əməliyyat

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

1news.az xəbər verir ki, Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb.

Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib.

İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
314

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər