Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb

16:38 - 28 / 04 / 2023
Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb

28-30 apreldə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Aprelin 28-də saat 15:00-18:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 9-14 m/s, arabir 16 m/s təşkil edəcək. Havanın temperaturu 20-24° isti olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Aprelin 29-da saat 09:00-12:00 radələrində hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Saat 09:00-10:00 radələrində zəif duman. Cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Saat 12:00-15:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 21-26° isti olacaq.

Saat 15:00-18:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 22-27° isti olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 6-11 m/s təşkil edəcək. Havanın temperaturu 18-22° isti olacaq.

Aprelin 30-da saat 09:00-12:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.

Saat 12:00-15:00 radələrində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu 25-29° isti olacaq.

Saat 15:00-18:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18:00 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s, saat 18:00 radələrində şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu 28°-dək isti, saat 18:00 radələrində 23°-yə yaxın olacaq.

Saat 18:00-21:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, saat 20:00-21:00 radələrində buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi 9-14 m/s, arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturu 17-20° isti olacaq.

Paylaş:
574

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər