Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib

Qafar Ağayev17:02 - 28 / 04 / 2023
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.

1news.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışıb. Nazir Zərifə xanımı şəxsən tanıyanların daim onu böyük insan, əsl ziyalı, nəcib, qayğıkeş xanım kimi xarakterizə etdiyini və onun Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.

Nazirlik yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və “Azərbaycan Filatelistlər İttifaqı” İB-nin sədri İntiqam Bağırlı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışıblar.

Daha sonra Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənməsi proseduru həyata keçirilib.

Qeyd edək ki, Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində “Azərpoçt” MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

Paylaş:
482

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər