Aftandil İsrafilov sabah dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Aftandil İsrafilov sabah dəfn olunacaq

15:22 - 29 / 04 / 2023
Aftandil İsrafilov sabah dəfn olunacaq

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

1news.az xəbər verir ki, bu barədə Report-a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq: “Dəfn yerini isə hələ dəqiqləşdirməmişik”.

Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində keçiriləcək. Mərhum sabah saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Paylaş:
647

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər