Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır

17:38 - 29 / 04 / 2023
Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Paylaş:
468

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər