Azərbaycana daha 5 minaaxtaran it gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana daha 5 minaaxtaran it gətirilib

16:02 - 02 / 05 / 2023
Azərbaycana daha 5 minaaxtaran it gətirilib

“Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib”.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“2021-ci idə ABŞ-ın Marşal İrsi institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur”, - V.Süleymanov əlavə edib.

Paylaş:
340

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər