Şahdağa qar yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:19 - 03 / 05 / 2023
Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Paylaş:
179

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər