Peter Mixalko: Aİ və Azərbaycan əlaqələri dinamik inkişaf edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Peter Mixalko: Aİ və Azərbaycan əlaqələri dinamik inkişaf edir

12:38 - 03 / 05 / 2023
Peter Mixalko: Aİ və Azərbaycan əlaqələri dinamik inkişaf edir

Aİ və Azərbaycan əlaqələri dinamik inkişaf edir.

1news.az xəbər verir ki, bunu Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı təbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.

"Avropa İttifaqı mətbuat azadlığını dəstəkləyir. Media sahəsinin və jurnalistikanın inkişafı Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələrinə daxildir".

O, Azərbaycanla Aİ arasında ticarət əlaqələrinin də inkişaf etdiyini vurğulayıb. “Belə ki, Azərbaycanın əsas ixrac istiqamətlərdən biri Avropa İttifaqıdır. Təkcə ötən il Azərbaycanın ümumi ixracatının 53 faizi Avropa ölkələrinə həyata keçirilib. Həmçinin, ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi gələcək prioritetlər sırasındadır".

Paylaş:
239

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər