Daha bir azərbaycanlı qız ABŞ-nin nüfuzlu universitetinə qəbul olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir azərbaycanlı qız ABŞ-nin nüfuzlu universitetinə qəbul olub

16:25 - 05 / 05 / 2023
Daha bir azərbaycanlı qız ABŞ-nin nüfuzlu universitetinə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi nüfuzlu ali təhsil ocağına tam təqaüdlü birbaşa doktorantura səviyyəsinə qəbul olub.

1news.az xəbər verir ki, universitetin Pedaqoji fakültəsinin Fizika müəllimliyi (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Arzu Alxanova ABŞ-nin Şimali Karolina Dövlət Universitetində (North Carolina State University) Fizika ixtisası üzrə doktorantura pilləsində təhsil alacaq.

Tələbə üçün adıçəkilən universitetdən ayrılan illik təqaüd 55 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Arzu Alxanovanın 2022/2023-cü tədris ilində ümumi orta müvəffəqiyyət göstəricisi 99,1 bal olub.

Paylaş:
769

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər