Sabahın hava proqnozu açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

12:52 - 05 / 05 / 2023
Sabahın hava proqnozu açıqlandı

Mayın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13°, bəzi yerlərdə 16-18° isti olacaq.

Paylaş:
369

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər