Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək? - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək? - Açıqlama

12:57 - 06 / 05 / 2023
Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək? - Açıqlama

Qarabağda yaşayan erməni əsilli şəxslərə vətəndaşlıq sənədlərinin verilməsi məsələsinə aydınlıq gətirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açıqlama verib.

O bildirib ki, orada yaşayan vətəndaşlarımızla bağlı qərarı Azərbaycan dövləti verir: “Bununla bağlı hansısa qərar olacaqsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda artıq istər səyyar, istərsə də ASAN Xidmət təmin olunacaq ki, onlara sənəd verilsin".

Paylaş:
547

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər