142 avtobusun hərəkət intervalında gecikmələr var - SİYAHI
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 41 müntəzəm marşrut xətti üzrə 142 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə müşahidə olunur
3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-22 dəqiqə gecikmə müşahidə olunur.
4. Qara Qarayev prospekti Ziya Bünyadov prospekti istiqamətində məhdudiyyət səbəbindən 7A, 11, 15 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur.
5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.
6. Binəqədi şosesi – şəhər istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 21-27 dəqiqə gecikmə müşahidə olunur.
7. Zabrat şosesi – şəhər istiqamətində məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16 -24 dəqiqə gecikmə müşahidə olunur.
8. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur
9. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur
10. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur
11. Yavər Əliyev küçəsi aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur