Azərbaycan gəncləri NASA-nın layihəsi olan FRC-də ölkəmizi təmsil edib - FOTO

6-8 Aprel 2023-cü il tarixlərində ABŞ-ın Nyu York şəhərində keçirilən NASA-nın layihəsi olan FRC( First Robotics Competition) yarışmasında Azərbaycanı “Train Brain” tədris mərkəzinin rəhbərləyi ilə ilk və tək komanda təmsil etdi.
MecHack komandası adı altında fərqli məktəbləri təmsil eden 14 -18 yaş aralığında olan 22 gənc ölkəmizi layiqincə dünyaya tanıtdı.
İlk dəfə qatılmaqlarına baxmayaraq dünyanın fərqli yerlərindən qatılmış 57 komanda ilə bərabər hüquqlu mübarizə apardılar.
Nəticədə “Rookie All Star” və “Wildcard” mükafatlarını qazanaraq Hyustonda baş tutan Dünya Çempionatlığında iştirak haqqına layiq görüldülər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Kapital Bankın dəstəyi ilə #9030 MecHack komandası 19 - 22 Aprel tarixlərində 600 dən çox komandanın mübarizə apardığı bir arenada daha bir uğur qazandı. Etdikləri sosial layihələr komandaya “Rookie İnspiration” mükafatını qazandırmışdır.
Komandamız ölkəmizi ən yüksək səviyyədə təmsil ederək böyük uğurların başlanğıcına imza atmışdır.
Qeyd edək ki, dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə olaraq Azərbaycan da iştirak edir. Bu yarışma 1992-ci ildən Amerikada keçirilir.
FRC (First Robotics Competition) dünyada robototexnika üzrə keçirilən önəmli bir yarışmadır.
Yarışmanın layihə rəhbəri və baş sponsoru NASA-dır. Dünyanın Google, FedEx və Apple kimi böyük və nüfuzlu şirkətləri bu yarışmanın əsas sponsorlarıdır. Yarışmanın konsepti hər il NASA tərəfindən elan edilir və bütün komandalar təyin edilmiş keyfiyyətləri təmin edən sənaye robotu hazırlayır.
Bu yarışmada ən böyük fərqlilik ondan ibarətdir ki, 56 kq-lıq 1.50 boyunda sənaye ölçülü robot hazırlanır.
Robotun hazırlanılması zamanı iştirakçılar müxtəlif sahələrdə- mühəndislik, mexanika, proqramlaşdırma, dizayn və marketinq sahəsində olan qabiliyyətlərini inkişaf etdirir və öyrəndiklərini böyük arenada nümayiş etdirir.
Beynəlxalq səviyyəli bu yarışmada Azərbaycan himninin səslənməsi və bayrağımızın qaldırılması çox qürurverici andır.
Reklam hüququnda












