Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar

Qafar Ağayev15:30 - 11 / 05 / 2023
Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar

Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.

1news.az xəbər verir ki, deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 15-də başa çatacaq.

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər