Altı dövlət informasiya ehtiyatının fəaliyyəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Altı dövlət informasiya ehtiyatının fəaliyyəti dayandırılıb

Qafar Ağayev16:23 - 11 / 05 / 2023
Altı dövlət informasiya ehtiyatının fəaliyyəti dayandırılıb

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən altı dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dayandırılıb.

Bu barədə 1news.az-a XRİTDX-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.azhttp://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyyəti dayandırılıb.

Həmin saytlarda informasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər