Mədəniyyət Nazirliyində yeni təyinat olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Nazirliyində yeni təyinat olub

16:00 - 13 / 05 / 2023
Mədəniyyət Nazirliyində yeni təyinat olub

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

1news.az APA-ya istinadla xəbər verir ki, Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

Paylaş:
718

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər